Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” – “Rəvan” oyunu ölkə futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, görüş ən çox penaltinin qolla nəticələndiyi matç kimi yadda qalıb.
Belə ki, indiyədək Azərbaycan kuboku tarixində penalti seriyalarının heç birində 5-dən artıq qola ehtiyac olmamışdı. Bu dəfə isə “Rəvan” 9:8 hesabı ilə qalib gəldi. Bununla, tarixində ilk dəfə yarımfinala adlayan bakılılar ölkə futbolunda 9 penalti ilə qalib gələn ilk komanda oldu.
Kubok tarixində 23-cü dəfə penaltilər seriyasına ehtiyac yarandı ki, indiyədək maksimum 5 dəqiq zərbə qələbə üçün yetərli olurdu. 9 qolla qalib gələn “Rəvan” rekordla yanaşı, 2 il əvvəl elə penaltilərlə uduzmasının da əvəzini çıxdı.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda ən uzun penalti seriyası Superkuboka təsadüf edib. 1995-ci ildə baş tutan “Neftçi” – “Turan” oyununda indikindən az – 15 qol olsa da, bakılıların 8:7 hesabı ilə qalib gəldiyi seriyada hər komanda 13 zərbə vurmuşdu.
1992
“İnşaatçı” (Bakı) – “Xəzər” (Sumqayıt) - 1:1, pen. 5:4
1993
“Kür” (Mingəçevir) – “Xəzri” (Buzovna) - 3:0, 0:3, pen. 4:3
“Neftçi” (Bakı) – “Xəzər” (Sumqayıt) - 0:0, 0:0, pen. 4:3
1993/94
“Turan” (Tovuz) – “OİK Göyəzən” (Qazax) - 0,:0, 0:0, pen. 1:3
1998/99
“Şəmkir” – “Neftçi” (Bakı) - 0:0, pen. 3:5
1999/2000
“Turan” (Tovuz) – “Qarabağ” (Ağdam) - 1:0, 0:1, pen. 4:5
2003/04
“Bakılı” – “Neftçi” (Bakı) - 1:0, 0:1 pen. 3:5
2004/05
“Karvan” (Yevlax) – “Xəzər Lənkəran” - 1:1, 1:1, pen. 4:5
“Neftçi” (Bakı) – “İnter” (Bakı) - 0:0, 0:0, pen. 3:4
2007/08
“Bakı” – “Qəbələ” - 1:1, 1:1, pen. 3:4
2009/10
“Simurq” (Zaqatala) – “Olimpik-Şüvəlan” (Bakı) - 0:0, 0:0, pen. 2:4
2010/11
“Bakı” – “Muğan” (Salyan) - 1:1, pen. 5:3
“Karvan” (Yevlax) – “MKT-Araz” İmişli) - 1:1, pen. 3:4
“Qarabağ” (Ağdam) – “Turan” (Tovuz) - 0:0, pen. 3:4
“Simurq” (Zaqatala) – “Abşeron” (Bakı) - 1:1, pen. 1:4
“Xəzər Lənkəran” – “İnter” (Bakı) - 1:1, pen. 4:2
2011/12
“Bakı” – “Rəvan” (Bakı) - 0:0, pen. 3:2
“Bakı” – “Qarabağ” (Ağdam) - 0:1, 1:0, pen.5:4
2012/13
MOİK – “Bakılı” – 0:0, pen. 3:1
“Turan” – “Xəzər Lənkəran” – 1:1, pen.3:5
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0, pen. 5:3
2013/14
“Araz-Naxçıvan” – “Simurq” – 2:2, pen.4:2
“Bakı” – “Rəvan” – 0:1, 1:0, pen. 8:9
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər