[b]Azərbaycanda nadir klub prezidenti[/b] - FOTO
23.12.2015 - 17:07
[b]Azərbaycanda nadir klub prezidenti[/b] - FOTO

Bakının “İnter” klubunun prezident postuna yeni təyin olunan Rəşad Qasımov futbolçu kimi də Azərbaycan çempionatlarının iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, 38 yaşlı klub rəhbərli futbolda ilk addımlarını oyunçu kimi atıb.       

 

Zəngin ənənələrə malik Qərb futbolunun yetirməsi olan Qasımov Samuxun “Bozqurd” klubu ilə yüksək liqada da çıxış edib. 1992-ci ildə I liqanın mükafatçısı olub, güclülər dəstəsinə yüksələn komandanın gənc üzvü elitada oyun təcrübəsinə malikdi. O, burada 3 matç keçirib.

 

22 il əvvəlki həmin mövsüm komanda B qrupunda 9-cu olaraq, aşağı dəstəyə yuvarlanıb və az sonra fəaliyyətini dayandırıb. Samux klubu ilə yanaşı, Gəncənin “Kəpəz”ində də top qovan Qasımov  karyerasını erkən başa vuraraq, təhsil ardınca üz tutub və nəticədə bank sistemində çalışıb.

 

Qasımov Azərbaycan futbolunda həm oyunçu, həm klub prezidenti kimi çalışan azsaylı adamlardandı. Belə nadir simalardan Mehman Allahverdiyev və Vüqar Astanovu da qeyd etmək olar.