[b]Azərbaycanla oyun öncəsi Çexiya millisində itki[/b]
05.10.2016 - 11:05
[b]Azərbaycanla oyun öncəsi Çexiya millisində itki[/b]

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Çexiya yığması itki ilə üzləşib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bunu Çexiya yığmasının meneceri Yaromir Şeterle deyib.

 

O bildirib ki, hücumçu Milan Şkoda yığmanın düşərgəsinə zədəli gəlib. Çexiya çempionatının ötən turunda “Karvina” ilə qarşılaşmanın son dəqiqələrində zədələnən “Slaviya”nın forvardın durumu qeyri-müəyyəndi.

 

Heyətə sonradan cəlb edilən 30 yaşlı futbolçunun oktyabrın 8-də Almaniya ilə Hamburqda keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdi. Əgər Şkoda qısa müddətdə sıraya dönərsə, Azərbaycanla oktyabrın 11-də evdə baş tutacaq görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq. Baş məşqçi Karel Yarolim forvardın yığmamızla qarşılaşmaya hazır olacağına inandığı üçün onun yerinə heç kimə dəvət göndərməyib.

 

Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu Ostrava şəhərinin “Munisipial” stadionunda keçiriləcək.

0