[b]Badri Kvaratsxeliya yenidən Azərbaycan klubuna baş məşqçi təyin olundu[/b]
01.08.2014 - 15:46
[b]Badri Kvaratsxeliya yenidən Azərbaycan klubuna baş məşqçi təyin olundu[/b]

Birinci divizionda mübarizə aparan “Turan-T” yeni baş məşqçisinə qovuşub. Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi gürcüstanlı mütəxəssis Badri Kvaratsxeliya ilə müqavilə bağlayıb.

 

49 yaşlı mütəxəssis bu gün yeni komandasını ilk məşqinə də çıxarıb.

 

Kvaratsxeliya Azərbaycan futboluna yad sima deyil. O, bundan öncə həm futbolçu, həm də məşqçi kimi ölkəmizdə çalışıb.

 

Belə ki, 1997/1998-ci illərdə “Kəpəz”in, 1998/2005-ci illərdə isə “Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı “Standard”ını, 2012/2013-cü illərdə isə “Qəbələ”ni çalışdırıb.