“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi” problemlə üzləşib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, hücumçu Mişi Batşuayi sıradan çıxıb.
24 yaşlı forvard Belçika millisinin məşqi zamanı ayağından zədələnib. Tibbi müayinədən keçən oyunçu artıq yığmadan kənarlaşdırılıb. Bu isə o deməkdi ki, o, Belçika millisinin bu gün Meksika, noyabrın 14-də isə Yaponiya ilə yoldaşlıq oyununu buraxacaq. Londona dönən Batşuayinin durumuna klubun həkimlərinin müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında növbəti matçını noyabrın 22-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”