[b]Barselonadan yığmamız üçün gəlir[/b]
09.11.2017 - 13:00
[b]Barselonadan yığmamız üçün gəlir[/b]

Azərbaycan millisinin (U-16) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Vüqar Məmməd 23 futbolçuya dəvət göndərib.

 

Bunlar Vüsal Şabanov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Samir Məhərrəmli, Kamal Kazımov, Rauf Məhərrəmov, Veysəl Rzayev (hamısı “Qəbələ”), Elnur Hüseynov, Fərid Yusifli, Ramin Nəsirli, Mirəli Əhmədov, Valeh Qəhramanlı, Sərin Mehmetali , Mahir Həsənov (hamısı “Neftçi”), Samir Qasımov (“Zirə”), Ramin Məhərrəmov (“Keşlə”), Bəhruz Tanrıverdiyev, Rəhim Cəfərli, Fərrux Fərzəliyev, Məhəmməd Əhmədov (hamısı “Vətən”), Vüsal Qəmbərov (“Technofootball”, Barselona, İspaniya), Emil Bayramov (SK BRV-VİK Volodimir-Volinskiy, Ukrayna) və Ayxan Cabbarovdu (“Savedalens” IF, İsveç).

 

U-16 millimizin bir araya gəlməsində məqsəd noyabrın 10-dan 18-dək Bakıda təlim-məşq toplanışıdı.