“Biz Nikolay Adamın Avropadan Hindistana gəlməsinə şadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hindistan Futbol Federasiyasının baş katibi Kuşal Das deyib.
Azərbaycanın U-19 millisinin baş məşqçisi Nikolay Adamın Hindistan yığmasına keçidini dəyərləndirən Kuşal Das almaniyalı mütəxəssisə güvəndiklərini bildirib: “Onunla çalışacağımız üçün məmnunuq. Adamın liderlik bacarığı, tövsiyələri və təcrübəsi uğur qazanmaqda bizə kömək ola bilər. İnanıram ki, 2017-ci ildə U-17-lər arasında keçiriləcək dünya çempionatında millimiz Adamın rəhbərliyi altında bizi sevindirəcək”.
Qeyd edək ki, 2012-ci ildən Azərbaycanın U-19 komandasını çalışdıran Nikolay Adam aprelin 1-də Hindistan yığmasının “sükanı arxası”na keçəcək.