Azərbaycanlı iş adamı Hafiz Məmmədova (“Hafka”)məxsus olan Fransa “Lans”ının baş məşqçisi Antuan Kombuare klubdan ayrıla bilər. Apasport.az saytının xəbərinə görə, 50 yaşlı mütəxəsiss ötən gün baş tutan məşqdə komandasına rəhbərlik etməyib.
Buna səbəb klubun yüksək liqada iştirakına qadağa qoyulmasıdı. Kombuare hazırda komandasından ayrıdı və “Lans”ın Liqa 1-ə qayıtması rəsmən təsdiqlənməsə, o, vəzifəsini tərk edəcək.
Qeyd edək ki, “Lans” 2013/14 mövsümündə Fransanın yüksək liqasınna vəsiqə qazanıb. Amma klubun maliyyə durumu ilə bağlı müvafiq qurumların tələb etdiyi sənədləri təqdim edə bilməməsi səbəbindən elitaya buraxılmır. Problemin iyulun 9-dək yoluna qoyulması gözlənilir.