[b]Baş məşqçiyə ultimatum: ÇL-ə vəsiqə qazanmasaq, qovulacaqsan[/b]
28.02.2018 - 21:59
"Roma"nın baş məşqçisi Eysebio Di Françesko vəzifəsindən uzaqlaşdırıla bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, paytaxt klubunun rəhbərliyi çalışdırıcıya ultimatum göndərib.
Belə ki, "canavarlar" bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 49 yaşlı mütəxəssis qovulacaq. Hazırda A seriyasında 5-ci pillədə qərarlaşan komanda mövsümün sonunda ilk "4-lük"də olmasa, Çempionlar Liqasından kənarda qalacaq.
Qeyd edək ki, Eysebio Di Françesko ötən ildən "Roma"nın "sükanı arxası"ndadı.
0
0