“Real”ın baş məşqçisi Rafael Benites bu gün vəzifəsindən uzaqlaşdırıla bilər. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi bu məsələ ilə bağlı iclas keçirəcək.
İspan həmkarlarımızın iddiasına görə, rəhbərlik Beniteslə yolların ayrılmasına qərar verəcək. La Liqanın ötən turunda “Rayo Valyekano” üzərində böyükhesablı (10:2) qələbəyə baxmayaraq, 55 yaşlı mütəxəssisin futbolçularla arasının yaxşı olmaması “kral klubu”nu narahat edir. Hətta dekabrın 30-da “Real Sosyedad”a qarşı keçiriləcək növbəti tur matçında komandanı meydana yeni baş məşqçinin çıxarması gözlənilir.
Qeyd edək ki, Benites “Real”ın “sükan”ı arxasına mövsümlərarası fasilədə keçmişdi.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”