[b]Benzema Premyer Liqa klubu ilə anlaşdı[/b]
27.01.2018 - 17:43
“Real”ın hücumçusu Kərim Benzema komandasını dəyişmək fikrindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard “Arsenal”ın maraq dairəsindədi.
Uğursuz mövsüm keçirən ulduz futbolçu “topçular”la artıq ilkin razılıq əldə edib. Ancaq klublar transfer məsələsində ortaq məxrəcə gələ bilmirlər. “Real” 60 milyon avro tələb edirsə, “Arsenal”ın təklif etdiyi məbləğ 40 milyon avrodu. Benzema madridliləri bu keçidə razı salmaq üçün rəhbərliklə görüşmək fikrindədi.
Qeyd edək ki, Kərim Benzema “Real”a 2009-cu ildə “Lion”dan keçib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0