“Ümidvaram ki, almanlar həqiqətən də dünya çempionu tituluna yiyələnə biləcəklər”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Foqts “Sky Sport”a verdiyi müsahibəsində iyunun 12-də Braziliyada start götürəcək mundialdan danışıb. Almaniyalı çalışdırıcı G qrupunda yer alan komandaları çətin mübarizənin gözlədiyini bildirib.
Foqtsun sözlərinə görə, heç Almaniya millisinin bu qrupdan asanlıqla çıxacağını demək mümkün deyil: “ABŞ 1/8 finala çıxa bilsə, bu onlar üçün əla olacaq. Bu olduqca çox çətin qrupdur. Hətta Almaniya belə, avtomatik olaraq qrupdan çıxmağı təmin etməyib. Yurgen Klinsmann məni dünya çempionatına dəvət edib. O, ideyalarla dolu insandır. Onunla vaxt keçirmək əladır. Əgər Yurgenin mundial zamanı hər hansısa sualları olsa, mən onlara cavab verəcəyəm”.