[b]Berti Foqts millini Almaniyaya toplanışa aparır[/b]
24.09.2014 - 10:04
[b]Berti Foqts millini Almaniyaya toplanışa aparır[/b]

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə görüşlərinə hazırlıq məqsədilə ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, komanda baş məşqçi Berti Foqtsun vətəni Almaniyaya gedəcək.

 

Belə ki, oktyabrın 2-də gecəyarısı Frankfurta yollanacaq yığmamız 8-dək hazırlıq keçəcək. Bundan sonra komanda çarter reysi ilə Palermoya gedəcək.

 

Qeyd edək ki, millimiz növbəti oyunlarını qrupun favoritlərinə qarşı səfərdə keçirəcək.

 

Oktyabrın 10-da Palermoda İtaliyanın qonağı olacaq yığma 13-də Osiyekdə Xorvatiya ilə görüşəcək.