[b]Beyl Bekhemə ortaq oldu[/b]
28.02.2018 - 01:40
İspaniya La Liqasının XXVI turunda “Real” “Espanyol”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matç madridlilərin hücumçusu Qaret Beyl üçün əlamətdar olub.
Belə ki, görüşə start heyətində başlayan uelsli oyunçu bununla da “kral klubu” ilə Primerada 126-cı matçını keçirib. Beyl “Real”ın heyətində ən çox oyun keçirən ikinci britaniyalı olub.
O, daha əvvəl Devid Bekhemin müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
Qeyd edək ki, sözügedən oyun “Espanyol”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0