[b]Bezotosnının taleyinə aydınlıq gəldi[/b]
09.04.2018 - 15:11
“Qəbələ” ciddi itki ilə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı bir müddətlik sıradan çıxıb.
Dünən Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Zirə”ylə görüşdə zədələnən qolkiper bu gün Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçirilib. Tibbi müayinədən sonra ukraynalı çərçivə qoruyucusunun ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə ilk oyunu buraxacağı dəqiqləşib. Lakin Bezotosnının sıraya dönəcəyi tarix məlum deyil.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı aprelin 12-də keçiriləcək.
0
0