[b]Bir seriya qırıldı, biri davam edir[/b]
24.09.2016 - 21:17
Topaz Premyer Liqasının VI turunda AZAL “İnter”i qəbul edib. Apasport.az saytının məlumatına görə, bu oyun yubiley qolu və bir seriyanın qırılması ilə əlamətdar olub.
Belə ki, 3:1 hesabı ilə “bankirlər”in xeyrinə başa çatan oyunun 54-cü dəqiqəsində Nuqzar Kvirtiyanın vurduğu cavab qolu iki komanda arasında vurulmuş 50-ci qol olub.
Gürcü oyunçu fərqlənməklə həm də komandasının iki rəqib arasındakı görüşlərdə ardıcıl 5 oyunluq qolsuzluq seriyasına da son qoyub.
AZAL-ın “İnter”ə qarşı davam edən 11 oyunluq qələbəsizlik seriyası isə bir matç da uzanaraq 12 olub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0