[b]Bir transferə 1,4 milyard avro[/b]
09.02.2018 - 15:52
[b]Bir transferə 1,4 milyard avro[/b]

“Barselona”nın lideri Lionel Messi Çin klubu “Hebey Çayna Forçun”un maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çinlilər bu keçid üçün astronomik məbləğdə pul ayırıblar.

 

Argentinalı superulduzun həmyerliləri Ezekyel Lavezzi və Xavyer Maskeranonu transfer edərək Leonun da keçidi üçün zəmin formalaşdırmağa çalışan klub rəhbərliyi 1,4 milyard avroluq xərc çəkməyə hazırdı.

 

Leonun “Barsa” ilə müqaviləsində transfer qiyməti 700 milyon avro göstərilib. Çində isə yeni qanuna əsasən, transferə xərclənilən pulun eyni miqdarı vergiyə ödənilməlidi. “Hebey Çayna Forçun” sorğu nəticəsində ölkədə ən çox sevilən idmançı seçilən Messi üçün bu xərci çəkməkdən boyun qaçırmır. Asiyalılar tezliklə “Barselona”nın qapısını döymək fikrindədi.