Sabah Avropa Liqasında qrup mərhələsində V turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən Azərbaycan təmsilçiləri də 5-ci qarşılaşmasında qüvvəsini sınayacaq.
Bu görüşlər həm “Qarabağ”, həm də “Qəbələ” üçün çox vacib əhəmiyyət kəsb edir. Çünki bu tur onların hər ikisinin taleyinə böyük ölçüdə aydınlıq gətirə bilər.
Meydana daha tez çıxacaq “Qarabağ” evdə son qarşılaşmasını keçirəcək. İlk turda uduzduğu İngiltərə “Tottenhem”ini qəbul edəcək Qurban Qurbanovun yetirmələri bu matçda mütləq qalib gəlməlidi.
Çünki təmsilçimiz xal itirsə, 1/16 final şansını itirə bilər. Bu, “Monako”nun qələbə qazanacağı halda rəsmiləşəcək. “Qarabağ” qalib gəlib, 3-cü pillədə qalsa belə taleyi öz əlində olacaq. Çünki liderlər son turda üz-üzə gələcək. 2 cavabsız qolla və ya daha böyük qələbə isə ağdamlılara liderlik də gətirə bilər. Amma bunun üçün “Monako” da xal itirməlidi.
1/16 final şansları daha az olan “Qəbələ” tarixinin ilk səfər qələbəsini qazanmalıdı. Yunanıstanda PAOK-un qonağı olacaq Roman Qriqorçukun yetirmələri bunu bacarmasa, mərhələ keçmək şanslarını itirəcək.
“Qəbələ” yalnız 3 xalla şanslarını son tura saxlaya bilər. Amma bunun üçün Rusiyadakı görüşdə də münasib nəticə qeydə alınmalıdı. Söhbət “Krasnodar”ın məğlubiyyətindən gedir.
“Borussiya” şimallıları məğlub etsə, həm I yeri təmin edəcək, həm də “Qəbələ”yə şans yaradacaq. Turun hər iki oyununda qonaqlar qalib gəlsə, 2-ci yerin taleyi Bakıda baş tutacaq “Qəbələ” – “Krasnodar” görüşündə həll olacaq. Lakin qələbə həsrətində olan PAOK da nəzəri şanslarından yararlanmaq üçün qələbəyə oynayacaq.
Avropa Liqası
Qrup mərhələsi
V tur
26 noyabr
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə)
Baş hakim: Anastasios Sidiropulos
Baş hakimin köməkçiləri: Damianos Eftimiadis, Polkronis Kostaras
Dördüncü hakim: Lazaros Dimitriadis Əlavə hakim köməkçiləri: Mixael Kukulakis, Stavros Tritsonis (hamısı Yunanıstan)
UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
Tofiq Bəhramov adına Respublika stadionu
|
1 |
Tottenhem |
4 |
2 |
1 |
1 |
7-5 |
7 |
|
2 |
Monako |
4 |
1 |
3 |
0 |
4-3 |
6 |
|
3 |
Qarabağ |
4 |
1 |
1 |
2 |
3-5 |
4 |
|
4 |
Anderlext |
4 |
1 |
1 |
2 |
4-5 |
4 |
C qrupu
00:05. PAOK (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Lars Riks
Dördüncü hakim: Lars Hummelqard
Əlavə hakim köməkçiləri: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (hamısı Danimarka)
Hakim-inspektor: Uilyam Yanqa (Şotlandiya)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Saloniki. “Tumba” stadionu
|
1 |
Borussiya D |
4 |
3 |
1 |
0 |
10-3 |
10 |
|
2 |
Krasnodar |
4 |
2 |
1 |
1 |
5-4 |
7 |
|
3 |
PAOK |
4 |
0 |
3 |
1 |
2-3 |
3 |
|
4 |
Qəbələ |
4 |
0 |
1 |
3 |
2-9 |
1 |