[b]Biri təsdiq, digəri revanş iddiasında[/b]
02.03.2018 - 09:43
[b]Biri təsdiq, digəri revanş iddiasında[/b]

Sabah Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısının 4-cü oyun həftəsinin qarşılaşmaları iki gün davam edəcək.

 

Tura Gəncədə start veriləcək. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Kəpəz”lə “Səbail” xal hesabını artırmaq üçün mübarizə aparacaq. Ardıcıl 7 turdu məğlubiyyətləri sıralayan qərblilər Yunis Hüseynovun rəhbərliyi altında ilk xalını qazanmağa iddialıdı. Mütəxəssisin karyerasındakı 250-ci oyun “Kəpəz” üçün ev sindromunu qırmaq baxımından da zəruridi. Məsələ ondadı ki, gəncəlilər cari mövsümdə evdə xala həsrətdi. Son 5 turda qol buraxan Samir Əliyevin yetirmələri ardıcıl 2-ci qələbəni qazansa, “Neftçi”ylə xal hesabını bərabərləşdirəcək.

 

İlk oyun gününə Sumqayıtda yekun vurulacaq. Eyniadlı komanda mərkəzi görüşdə çempionatın lideri “Qarabağ”la üz-üzə gələcək. Kubokda rəqibini mübarizədən kənarlaşdıran Samir Abasovun yetirmələri uğurun təsadüf olmadığını təsdiqləmək əzmindədi. Son 4 ilin dəyişməz çempionu isə həmin uğursuzluğun revanşını almağa can atacaq. Mükafatlar uğrunda mübarizəyə qoşulmaq üçün meydan sahibləri mütləq qalib gəlməlidi. “Qarabağ” isə sumqayıtlıların 5 matçlıq məğlubiyyətsizliyini qırmalıdı. Qurban Qurbanovun yetirmələri bunu bacarsa, ardıcıl 3-cü qələbəsini bayram edəcək.

 

Turun ikinci günü Qəbələdə başlayacaq. Meydan sahibləri “Neftçi”ni sınağa çəkəcək. Liderlə xal fərqinin daha da artmaması üçün meydanı xal itirmədən tərk etməyə borclu olan Roman Qriqorçukun yetirmələri mövsümdə 3-cü dəfə rəqibini yenməlidi. “Qırmızı-qaralar”a xal itkisi 2-ci yeri itirmək bahasına başa gələ bilər. Son iki görüşdə qalib gələ bilməyən Tərlan Əhmədovun komandası isə ilk “dördlüy”ə yaxınlaşmaq üçün mübarizə aparacaq.

 

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Bakıda keçirilən yeganə qarşılaşmada “Zirə” “Keşlə”ni sınağa çəkəcək. 2018-ci ildə qələbə qazanmayan Ayxan Abbasovun yetirmələri uğursuz seriyanı qırmağa, bununla da 2-ci pillədən uzaq düşmək təhlükəsindən qurtulmalıdı. Son 10 görüşdə meydanı qolsuz tərk etməyən zirəlilərin rəqibi bu il keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Son günlər istefası da müzakirə mövzusu olan Yuri Maksimovun postunda möhkəmlənmək üçün yetirmələrinin qələbə qazanması zəruridi.

 

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (şənbə)

15:00. “Kəpəz” – “Səbail”
İlk 2 dövrədəki oyunlar: 0:1, 2:3

Gəncə şəhər stadionu
 

18:30. “Sumqayıt” – “Qarabağ”
İlk 2 dövrədəki oyunlar: 1:4, 0:2

Sumqayıt. Şəhər stadionu


4 mart (bazar)

15:30. “Qəbələ” – “Neftçi”
İlk 2 dövrədəki oyunlar: 2:1, 3:2

Qəbələ şəhər stadionu

18:00. “Zirə” – “Keşlə”
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:0

Zirə İdman Kompleksinin stadionu

 

1

Qarabağ

17

14

2

1

27-6

44

2

Qəbələ

17

11

2

4

31-17

35

3

Zirə

17

9

5

3

26-15

32

4

Sumqayıt

17

8

3

6

22-19

27

5

Neftçi

17

6

2

9

19-19

20

6

Səbail

17

5

2

10

12-24

17

7

Keşlə

17

3

3

11

12-27

12

8

Kəpəz

17

2

1

14

10-32

7

 

Bombardir: Baqali Dabo ("Qəbələ) - 11 qol