Azərbaycan Premyer Liqasında XIX tura start verilir. Apasport.az saytının məlumatına görə, turun oyunları sabah və şənbə gününə təyin olunub.
Açılış matçı Gəncədə baş tutacaq. İki bölgə təmsilçisi "Kəpəz"lə "Qəbələ" üz-üzə gələcək. Qış fasiləsindən sonra ardıcıl məğlubiyyətlərin ardından ilk qələbəsini ötən turda qazanan Yunis Hüseynovun yetirmələri yaxşı formada olmayan rəqibi önündə sürpriz etməyə çalışacaq. Son iki matçda meydanı xalsız tərk edən "qırmızı-qaralar"ın isə bu uğursuzluğa son qoymaq üçün əllərinə yaxşı imkan düşüb. Doğrudu, "Kəpəz" turnir cədvəlinin son pilləsində qərarlaşdığı üçün görüşün favoriti "Qəbələ"di. Lakin Gəncə səfəri rəqiblər üçün hər zaman çətin olub. "Qəbələ"nin 9 Gəncə səfərinin cəmi 2-də qələbə qazanması buna əyani sübutdu.
XVIII turda gözlənilməz nəticəyə imza atan "Neftçi" ilə "Keşlə" bu dəfə öz aralarında münasibətləri aydınlaşdıracaqlar. Ötən həftə "Neftçi" "Qəbələ"yə, "Keşlə" isə "Zirə"yə səfərdə qalib gəlməyi bacarıb. Ümumiyyətlə, mövsümün ikinci yarısını hər iki komanda üçün hələlik uğurlu saymaq olar. Çünki geridə qalan 4 turda həm "Neftçi", həm də "Keşlə" passivinə cəmi 1 məğlubiyyət yazdırıb və 7 xal əldə edib. "İnter Arena"da dövlət tədbiri keçiriləcəyindən, komandalar 8-ci km qəsəbə stadionunda oynayacaqlar. Əlbəttə ki, qələbə Tərlan Əhmədovun yetirmələrinə daha çox lazımdı. Əks təqdirdə 4-cü pillədəki "Sumqayıt" "ağ-qaralar" üçün əlçatmaz olacaq. "Neftçi" son 5 qarşılaşmada olduğu kimi, yenə rəqibini xalsız qoymağa çalışacaq.
Çempionatın debütantı "Səbail"i çətin sınaq gözləyir. Samir Əliyevin kollektivi yaxşı formada olan və 6 turdu məğlubiyyətin nə olduğunu bilməyən "Sumqayıt" önünə çıxacaq. 4 aydı uduzmayan "gənclik şəhəri" təmsilçisinin ötən turda lider "Qarabağ"ı büdrətməsi, təbii ki, futbolçularda əlavə ruh yüksəkliyi yaradacaq. İstənilən halda, "Səbail" öz meydanında oynamasına baxmayaraq, işi elə də asan olmayacaq.
Əsas diqqətlər turun son matçında olacaq. Lider "Qarabağ" 3-cü pillədə qərarlaşan "Zirə"ni qəbul edəcək. Bu mövsüm yeganə məğlubiyyətini ötən ilin oktyabrında alan son çempion "Azərsun Arena"ya növbəti dəfə 3 xal məqsədilə çıxacaq. Bakılıların hələ də "Qarabağ" üzərində qalibiyyətinin olmaması xüsusi vurğulanmalıdı. Ümumiyyətlə, 2018-ci ildə qələbə üzü görməyən Ayxan Abbasovun yetirmələri üçün indiki vəziyyətdə bərabərlik də uğurlu nəticə sayılmalıdı. Qələbəsiz oyunlar seriyası davam etdikcə, "Zirə"nin 3-cü yerdəki mövqeyi də təhlükə altına düşür.
Azərbaycan Premyer Liqası
XIX tur
9 mart (cümə)
15:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu
10 mart (şənbə)
17:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Azərsun Arena”
|
1 |
Qarabağ |
18 |
14 |
3 |
1 |
28-7 |
45 |
|
2 |
Qəbələ |
18 |
11 |
2 |
5 |
32-19 |
35 |
|
3 |
Zirə |
18 |
9 |
5 |
4 |
27-17 |
32 |
|
4 |
Sumqayıt |
18 |
8 |
4 |
6 |
23-20 |
28 |
|
5 |
Neftçi |
18 |
7 |
2 |
9 |
21-20 |
23 |
|
6 |
Səbail |
18 |
5 |
2 |
11 |
13-26 |
17 |
|
7 |
Keşlə |
18 |
4 |
3 |
11 |
14-28 |
15 |
|
8 |
Kəpəz |
18 |
3 |
1 |
14 |
12-33 |
10 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 11 qol
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq