[b]Bolinya Sultanovun bir addımlığında[/b]
07.03.2018 - 15:42
[b]Bolinya Sultanovun bir addımlığında[/b]

Yüksək Liqada XIX turun oyunlarından sonra bombardirlərin yarışında dəyişiklik baş verib. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, lider Renat Sultanov qol vurmasa da, mövqeyini qoruyub.

 

Amma onun ən yaxın izləyicisi dəyişib. “Marafon Futsal”la oyunda dubl edən Bolinya indi Sultanovun biraddımlığındadı. “3-lüy”ü isə Mortoza Cahandost qapayır.

 

Yüksək Liqanın bombardirləri

1. Renat Sultanov (“Marafon Futsal”) – 20

2. Telez Thiaqo Bolinya (“Araz”) – 19

3. Mortoza Cahandost (“Yasamal”) – 18

4. Samir Əmirov (“Xəmsə”) – 17

5-6. Eduardo Borges (“Araz”) – 12
Anar Ağayev (“FK.İD.Futsal”) – 12