“Kəpəz”in maraq dairəsində olan bolqarıstanlı futbolçu Aleksandr Aleksandrovun Azərbaycana gəlişi baş tutmaya bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin Bolqarıstanda qalmaq ehtimalı daha yüksəkdi.
Belə ki, “Ludoqorets”dən ayrıldıqdan sonra azad agent statusu daşıyan Aleksandrovla ilk növbədə, elə Razqrad təmsilçisi danışıq aparır. “Ludoqorets” rəhbərliyi təcrübəli futbolçunu yeni müqavilə imzalamağa razı salmaq niyyətindədi. Aleksandrov hələ ki, qarşı tərəfə cavab verməyib.
“Kəpəz”lə yanaşı, Türkiyənin “Mersin İdmanyurdu” klubundan da təklif alan müdafiəçinin daha bir variantı var. Bolqarıstan çempionatında “Ludoqorets”in əsas rəqiblərindən olan “Levski” də onun xidmətində maraqlıdı.
Qeyd edək ki, Aleksandrov 2014-2015 mövsümündə “Ludoqorets”in heyətində 24 oyunda meydana çıxıb.