[b]Bolqarıstan yığmasında millimizlə oyun üçün 2 yeni futbolçu[/b]
11.10.2015 - 17:20
Millimizlə matç öncəsi Bolqarıstan yığmasının düşərgəsinə daha iki oyunçu qoşulub. Apasport.az saytının bolqar mətbuatına istinadən məlumatına görə, baş məşqçi İvaylo Petev Yordan Minev və Svyetoslav Diyakovu milliyə dəvət edib.
Belə ki, hər iki oyunçu sarı vərəqə limitini doldurduqları üçün Xorvatiya ilə oyunda iştirak etməmişdilər. Petev onsuz da oynaya bilməyəcək olan futbolçuları ilk oyun üçün milliyə dəvət etməmiş, klbları ilə birlikdə daha çox məşq etməsinə şərait yaratmışdı.
Hər iki futbolçu bu gündən etibarən yığma ilə birlikdə məşqə başlayıblar.
0
0