[b]Bolqarıstan yığmasının heyəti açıqlandı[/b]
29.09.2015 - 14:31
[b]Bolqarıstan yığmasının heyəti açıqlandı[/b]

Bolqarıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkanlılar oktyabrda keçiriləcək qarşılaşmalara dəvət alan futbolçuları müəyyənləşdirib.

 

Ayın 10-da səfərdə Xorvatiya, 13-də isə evdə Azərbaycanla görüşəcək Bolqarıstan  millisinə 23 oyunçu çağırılıb. Baş məşqçi İvaylo Petev Nikolay Mixaylov, İvan Bandalovski, Vladimir Qadjev və Valeri Bojinova dəvət göndərməyib. Əvəzində  Anton Nedyakov, Asen Georgiyev, Georgi Kostadinov və Anton Karaçanakov debüt imkanı qazanıb.


 

Qapıçılar: Bojidar Mitrev (“Şerif”, Moldova), Blaqoy Makenciyev (“Beroe”), Plamen İliyev (“Botoşani”, Rumıniya)

 

Müdafiəçilər: Aleksandcr Aleksandrov (“Ludoqorets”), İvo İvanov (“Beroe”), Georgi Terziyev (“Ludoqorets”), İvan İvanov (“Bazel”, İsveçrə), Straxil Popov (“Liteks”), Jivko Milanov (“Levski”), Anton Nedyalkov (“Liteks”), Asen Georqiyev (“Montana”)


Yarımmüdafiəçilər: Simeon Slavçev (“Apolon”, Kipr), Georgi Kostadinov (“Levski”), İvaylo Çoçev (“Palermo”, İtaliya), Xristo Zlatinski (“Universitatya”, Krayova, Rumıniya), Todor Nedelev (“Maynts”, Almaniya), Anton Karaçanakov (“Slaviya”), Mixail Aleksandrov (“Ludoqorets”), Georgi Milanov (MOİK, Rusiya), Dimitar Rangelov (“Konyaspor”, Türkiyə)

 

Hücumçular: Andrey Qelebinov (“Novara”, İtaliya), İvelin Popov (“Spartak” Moskva, Rusiya), Aleksandr Tonev (“Frozinone”, İtaliya)