[b]Bombardir təklif gözləyir[/b]
09.03.2018 - 15:44
[b]Bombardir təklif gözləyir[/b]

“Bavariya”nın hücumçusu Robert Levandovski komandasını dəyişmək fikrinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, polşalı forvard karyerasında yenilik etmək niyyətindədi.

 

O, sərfəli təklif gələcəyi təqdirdə, Avropanın digər nəhəng komandalarından birinə keçmək arzusundadı. Ulduz futbolçunun menecer Pini Zahavi ilə əməkdaşlığa başlaması da bununla əlaqələndirlir. Hazırkı vəziyyətdə isə onunla “Çelsi” və “Real” yaxından maraqlanır.

 

Qeyd edək ki, Robert Levandovski cari mövsüm Bundesliqada vurduğu 20 qolla bombardirlər yarışına başçılıq edir.