[b]Bosniya və Herseqovina millisinə Azərbaycandan 2 futbolçu çağırıldı[/b]
28.09.2015 - 17:20
[b]Bosniya və Herseqovina millisinə Azərbaycandan 2 futbolçu çağırıldı[/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay son oyunlarını keçirəcək Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, Mehmed Bazdareviçin tərtib etdiyi siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunun da adı var.

 

Bunlar “Qarabağ”ın qapıçısı İbrahim Şehiç və “Qəbələ”nin hücumçusu Ermin Zetsdi. Şehiç millidə 3 oyun keçirdiyi halda, Zets 10 görüşdə iştirak edib və 1 qola imza atıb.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığması oktyabrın 10-da öz meydanında Uels, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.