Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstandakı oyunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis avrokuboklarda 5-ci dəfə qələbə sevinci yaşayıb.
Tiflisdəki 3:2 hesablı qalibiyyətədək Hacıyev 4 dəfə yetirmələrinin sevincinə şərik olmuşdu.
İlk dəfə 2006/07 mövsümündə “Bakı” ilə “Sioni” üzərində qələbəni (1:0) bayram edən çalışdırıcı yubileyə qədərki digər zəfərlərini “Neftçi” ilə yaşayıb. 2012/13 mövsümündə “Zestafoni”ni (Gürcüstan) 3:0, APOEL-i (Kipr) 3:1, “Koper”i (Sloveniya) 2:0 yenən bakılılar baş məşqçinin 5-ə çatmasını Gürcüstanda rəsmiləşdirdi.
Hacıyev 5 qələbədən üçünü məhz bu ölkə təmsilçiləri ilə matçlarda bayram edib. Ümumilikdə isə onun karyerasında 24 avrokubok matçı var. 11 heç-heçə və 8 məğlubiyyət də görən mütəxəssisin yetirmələri 24 qol vurub və 28-ni buraxıb.