Böyükağa Hacıyev “Araz-Naxçıvan”la oyuna getmir
08.08.2014 - 23:02
Böyükağa Hacıyev “Araz-Naxçıvan”la oyuna getmir

“Neftçi” Topaz Premyer Liqasının ilk turunun oyununa ikinci heyətlə gedəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizə aparan və gələn həftə Azərbaycan Superkubokunda qüvvəsini sınayacaq “ağ-qaralar” ilk turu daha vacib matçlara qurban verməyə hazırdır.

 

Belə ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”la qarşılaşmaya heyətə düşməkdə çətinlik çəkən futbolçularla yollanacaq.

 

Hətta komandanın baş məşqçisi Böyükağa Hacıyev də Naxçıvana getməyəcək. O, çempionat matçına çıxan komandasından ayrılacaq. Bu görüşə “ağ-qaralar”ı onun köməkçiləri çıxaracaq.

 

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə cavab oyununu avqustun 7-də keçiribsə, 10-da səfərdə “Araz-Naxçıvan”la, 13-də Qəbələdə “Qarabağ”la Azərbaycan Superkubokunda görüşməlidir.