[b]Böyükağa Hacıyev: Kanaleslə danışıqlar gedir[/b]
01.08.2014 - 08:38
[b]Böyükağa Hacıyev: Kanaleslə danışıqlar gedir[/b]

“Neftçi” çilili hücumçu Nikolas Kanalesi yenidən komandaya geri qaytarmaq istəyir. Apasport.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında komandanın baş məşqçisi Böyükağa Hacıyev verib.

 

Avropa Liqasının III təsnifat mərhələsində doğma meydanda Gürcüstanın “Çixura” klubu ilə 0:0 hesablı heç-heçə edən “ağ-qaralar”ın baş məşqçisi oyun sonrası mətbuat konfransında komandasının hücum xəttində olan problemlərdən danışıb. O bildirib ki, “Neftçi” bunu yaxın günlərdə aradan qaldırmağı planlaşdırır: “Biz hücumçularla danışırıq. Mütləq heyətə hücumçu qatmalıyıq. Ola bilsin ki, bu, Kanales olsun. Onunla danışıqlar gedir”.

 

Qeyd edək ki, Kanales 2012/2013 mövsümündə “Neftçi”də çıxış edib. O, paytaxt komandasının heyətində keçirdiyi 31 oyunda rəqib qapılarına 26 dəfə yol tapıb.