[b]Branimir Subaşiç üçün “Qalatasaray” səddi[/b]
17.02.2015 - 15:27
[b]Branimir Subaşiç üçün “Qalatasaray” səddi[/b]

Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan mərasimdə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev və sabiq hücumçusu Branimir Subaşiçin komandasının rəqibləri bilinib.

 

Belə ki, Ağayevin çıxış etdiyi “Kayserispor”un bəxtinə “Sivasspor” çıxıb. Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” isə “Qalatasaray”a rəqib olub. Bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcəklər.

 

Hər 2 təmsilçimizin komandası birinci görüşünə doğma publika önündə çıxacaqlar.

 

1/4 finalın digər cütündə isə “Bursaspor” “Gənclərbirliyi”ni, “Mersin İdmanyurdu” “Fənərbaxça”nı sınağa çəkəcək.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları martın 3-5-də, cavab qarşılaşmaları 7-9-da keçiriləcək. Yarımfinal mərhələsinin görüşləri isə 28-30 aprel və 19-21 may tarixlərinə təsadüf edəcək.