Millimizin sabiq futbolçusu Branimir Subaşiç cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, Türkiyənin I dəstəsinin son turunda 70 dəqiqə meydanda olan serbiyalı hücumçu vərəqə limitini doldurub.
Subaşiç uzun müddətdir ki, sarı vərəqə almadığından, cəza astanasında idi. Ancaq ötən turun “Boluspor”la matçının ikinci hissəsi başlar-başlamaz baş hakim Hakan Ceylanın sarı vərəqə göstərməsi onun növbəti matçı buraxmasına səbəb olub. Bu isə o deməkdir ki, Türkiyədə özünü göstərməyi bacaran yeganə təmsilçimiz martın 29-da meydana çıxa bilməyəcək. Həmin gün “Orduspor” səfərdə Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB”nin qonağı olacaq.
Qeyd edək ki, bu, Branimir Subaşiçin Türkiyədə aldığı 4-cü sarı vərəqədir.
[b]Branimir Subaşiç Ufuk Budakın komandasına qarşı oynaya bilməyəcək[/b]
24.03.2014 - 12:47
0
0