[b]Braziliyalı "Qəbələ" ilə oyuna hazırdı[/b]
08.03.2018 - 20:31
[b]Braziliyalı "Qəbələ" ilə oyuna hazırdı[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” oyunun reallaşacağı arenada bu gün məşqə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən hazırlıq prosesi azarkeşlər üçün açıq xarakter daşıyıb.

 

“Sarı-göylər”in heyətində zədəli futbolçu yoxdu. Zədədən sonra tədricən bərpa olunan Dieqo Souzanın vəziyyəti yaxşıdı. Braziliyalı həftənin əvvəlindən başlayaraq kollektiv məşqlərdə iştirak edib.

 

Qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" - "Qəbələ" oyunu saat 15:00-da başlayacaq.