“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandasını dəyişmək niyyətindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı mövsümün sonunda “mankunianlar”dan ayrılmağı planlaşdırır.
Buna səbəb kimi Mourinyonun rəhbərliyin bəzi qərarlarından narazı olması göstərilir. Təcrübəli mütəxəssis yayda daha bir yeni oyunçunun alınmasını tələb etsə də, onun istəyi yerinə yetirilməyib. Mourinyonun digər məsələlərdə də klub rəsmiləri ilə ortaq məxrəcə gələ bilmədiyi qeyd olunur.
Əvvəllər “Porto”, “Çelsi”, “İnter” və Madrid “Real”ında da çalışmış Mourinyo gələn ilin yayından PSJ-nın “sükanı arxası”na keçməyi qərara alıb. Onun indidən Paris klubunun nümayəndələri ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, 54 yaşlı çalışdırıcı ötən ildən “Mançester Yunayted”də fəaliyyət göstərir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”