DÇ-2018-in seçmə mərhələsində Lixteynşteynlə oyunda start heyətində meydana çıxan Canluici Buffon tarixə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin heyətində 169-cu matçına çıxan əfsanəvi qapıçı bununla da milli komandalarda ən çox oyun keçirən ilk 5 futbolçudan biri olub.
39 yaşlı “çərçivə qoruyucus” ekvadorlu müdafiəçi İvan Urtadonu qabaqlayıb.
Maraqlıdı ki, Buffon hazırda karyerasını davam etdirən futbolçular arasında millidə ən çox görüş keçirən oyunçudur.
Top – 5
1. Ahmet Hassan (Misir) - 184
2. Hossam Hassan (Misir) – 178
3. Klaudio Suarez (Meksika) – 177
4. Muhammed El Deyaya (Səudiyyə Ərəbistanı) – 172
5. Canluici Buffon (İtaliya) – 169