“Borussiya” heyətini yeni futbolçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisi İsveçrənin “Bazel” klubunun müdafiəçisi Manuel Akancini trabsfer edib.
Bu barədə “sarı-qaralar”ın mətbuat xidməti açıqlama verib. 22 yaşlı futbolçuyla 2022-ci ilə kimi müqavilə bağlanıb. Almaniya mətbuatında yer alan məlumatda Dortmund təmsilçisinin isveçrəli futbolçunun transferi üçün 21,5 milyon avro ödədiyi bildirilib.
Akanci yeni klubunda 16 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, gənc müdafiəçi 2015-ci ildən “Bazel”in şərəfini qoruyurdu. İsveçrə millisinin də üzvü olan futbolçu, yığmada 4 oyun keçirib.