[b]Cavid Hüseynov “Kəpəz”ə qarşı niyə oynamır?[/b]
09.03.2018 - 15:11
“Qəbələ”nin kapitanı Cavid Hüseynovun ölkə çempionatının XIX turu çərçivəsində hazırda “Kəpəz”lə keçirilən oyununda iştirak etməməsinin səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iki oyunluq cəzasını başa vuran yarımmüdafiəçinin meydana çıxmaması zədə ilə bağlıdı.
Belə ki, Hüseynov komandasının oyunöncəsi məşqində zədələnib. Bu səbəbdən də onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Cavidin zədəsinin ciddi olub-olmadığına təkrar tibbi müayinədən sonra tam aydınlıq gələcək.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada hələ hesab açılmayıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0