[b]Cavid Hüseynov “Qəbələ”yə keçdi[/b] - YENİLƏNİB
06.07.2014 - 09:07
[b]Cavid Hüseynov “Qəbələ”yə keçdi[/b]  - YENİLƏNİB

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport. az saytının məlumatına görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan və Ruslan Abışovu rənglərinə bağlayan "qırmızı-qaralar" Cavid Hüseynovu da sıralarına qatıb.

 

Ötən mövsüm "Bakı"da top qovan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Hüseynov yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.

 

9 mart 1988-ci ildə anadan olan Cavid peşəkar futbolçu karyerasına 2004-cü ildə "Turan"da  start verib. Hüseynov daha sonra MOİK, "Olimpik", "İnter", "Neftçi", "Adana Demirspor" (Türkiyə) və "Bakı" kimi klubların şərəfini qoruyub. 

 

Cavid Hüseynov Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib və 1 qola imza atıb. 

 

Qeyd edək ki, bundan öncə onun "İnter"ə keçəcəyi iddia olunurdu.