[b]Çempion baş məşqçisiz qalır[/b]
07.06.2017 - 10:03
[b]Çempion baş məşqçisiz qalır[/b]

“Monako”nun baş məşqçisi Leonardo Yardim Fransa klubundan ayrılır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis karyerasını Çində davam etdirəcək.

 

Knyazlıq klubunu Fransa çempionu edən və Çempionlar Liqasında yarımfinala qədər daşıyan 43 yaşlı mütəxəssis “Beytszin Quoan”la anlaşıb. Yardim tezliklə yeni komandası ilə 3 illik müqaviləyə qol çəkəcək. Onun Çin klubunda illik məvacibi 12 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Leonardo Yardim 2014-cü ildən bəri “Monako”nu çalışdırıb.