[b]Çempionlar Liqası tarixində ilk[/b]
03.04.2018 - 23:14
[b]Çempionlar Liqası tarixində ilk[/b]

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, o, bunu Çempionlar Liqasının ¼ final mərhələsində “Yuventus”la keçirilən matçda reallaşdırıb.

 

Belə ki, hazırda ilk hissəsi davam edən görüşün 3-cü dəqiqəsində hesabı açan portuqaliyalı superulduz ÇL-də ardıcıl 10 matçda qol vuran ilk futbolçu kimi tarixə düşüb. Buna qədər rekord ardıcıl 9 oyunda toru silkələməyi bacaran “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroya (2002-03) məxsus idi.

 

Qeyd edək ki, “Yuventus” – “Real” qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə öndədi.