[b]Çempionlar Liqasında bir oyun təxirə salındı - FOTOSESSİYA[/b]
13.09.2016 - 22:33
[b]Çempionlar Liqasında bir oyun təxirə salındı - FOTOSESSİYA[/b]

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Mançester Siti” – “Borussiya Münhenqladbax” matçı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, Mançesterdə başlayan şiddətli yağış oyunun başlamasına əngəl olub.

 

Matçın hakimləri meydançanı yoxladıqdan sonra görüşün bu gün oynanılmamasına qərar veriblər.

 

Qeyd edək ki, C qrupunda çıxış edən bu iki komandanın rəqibləri "Barselona" və "Seltik"di. 

0