Topaz Premyer Liqasının VII turunda keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi son illərin çempionları “Neftçi” və “Qarabağ” arasında oyunu Orxan Məmmədova həvalə edib.
Sabiq FİFA laysmanına etimad göstərən komitə beynəlxalq dərəcəli ədalət təmsilçilərimizə bu turda güvənməyəcək. Belə ki, Əliyar Ağayev. Rəhim Həsənov və Anar Salmanov “üçlüy”ü bu həftə Premyer Liqa matçlarında fit çalmayacaq.
VII tur
27 sentyabr (şənbə)
16:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:00. “Bakı” – “Araz Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
17:00. AZAL – “İnter”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov
“AZAL Arena”
28 sentyabr (bazar)
18:00. “Simurq” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu
19:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu