[b]Cənubi Amerika komandaları yığmamıza rəqib ola bilər[/b]
04.12.2017 - 14:19
[b]Cənubi Amerika komandaları yığmamıza rəqib ola bilər[/b]

Cənubi Amerikanın 2 yığması Millətlər Liqasında iştirak edə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

 

Belə ki, UEFA-nın prezidenti Aleksander Çeferin Millətlər Liqasının miqyasını genişləndirməyi planlaşdırır. Sloveniyalı funksioner bu addımı digər qitələrin təmsilçilərinin hesabına reallaşdırmaq niyyətindədi.

 

2021-ci ildə keçiriləcək növbəti Millətlər Liqasında Cənubi Amerikanın 2, Asiya və Afrikanın isə hərəyə 1 təmsilçisinin iştirakı müzakirə olunur. KONMEBOL-un prezidenti Alexandro Dominges buna qarşı deyil. O, UEFA ilə işbirliyində maraqlıdı.

 

Qeyd edək ki, Azərbaycan yığmasının da iştirak edəcəyi ilk Millətlər Liqası 2018-ci ilin sentyabrında start götürəcək.