Martın 9-da Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk qarşılaşması Gəncədə keçiriləcək.
“Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq. Bu qarşılaşma rəqiblərin 19-cu dueli olacaq. İndiyədək yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar 18 dəfə görüşüb.
İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 7 qələbə qazanıb. 5 dəfə heç-heçə edən komanda 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədir - 21:17.
10-cu dəfə “Kəpəz”in meydanında oynayacaq “Qəbələ” səfərdə 2 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 4 dəfə meydanı xalsız tərk edib.
Rəqib meydanında 10 qolu olan “qırmızı-qara”lı futbolçular öz qapısından 11 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodur. Onun hesabında 3 qol var. Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq