Transfer çalışmalarını davam etdirən “Simurq” daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb.
İcarə əsasında mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq gənc futbolçu "22" nömrəli forma ilə çıxış edəcək.
Yaxın günlərdə danışıqlar müsbət nəticələnəcəyi halda, zaqatalalılar daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, müqavilə əsasında "Sivasspor"a məxsus olan və son 3 ildə bu klubun şərəfini qoruyan Özkaranın “Simurq” keçəcəyi xəbərini ilk olaraq, saytımız oxuculara çatdırmışdı.