[b]Çixradze meydana çıxdı, “texniki zona”dan qovuldu[/b]
27.04.2014 - 16:50
[b]Çixradze meydana çıxdı, “texniki zona”dan qovuldu[/b]

“Simurq” klubunun baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının XXXII turunun “Qəbələ” ilə oyununda meydandan qovulub. Apasport.az saytının xəbərinə görə, matçın 81-ci dəqiqəsində baş hakim Ömər Paşayevin qərarına etiraz edərək meydana çıxan gürcüstanlı mütəxəssis “texniki zona”dan uzaqlaşdırılıb. Onun fikrincə, rəqibin cərimə meydançasında futbolçusu yıxıldığı epizodda Paşayev penalti təyin etməli idi.