Çempionlar Liqasının gələn mövsümündə də videotəkrar sistemindən (VAR) istifadə edilməyəcək. Apasport.az saytının TASS agentliyinə istinadən məlumatına görə, bu barədə UEFA prezidenti Aleksandr Çeferin xəbər verib.
O bildirib ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) iclası keçiriləcək: “Onların Çempionlar Liqasında VAR sisteminin istifadəsi ilə müzakirə aparacağını düşünmürəm. Biz gələn mövsüm bu turnirdə VAR-dan dəqiq yararlanmayacağıq. Əslində, mən bu sistemin əleyhinə deyiləm. Amma biz VAR-ın necə işlədiyini hamıya, əsasən də azarkeşlərə başa salmalıyıq. Bu məsələdə Rusiyadakı dünya çempionatı əla fürsət olacaq. VAR yaxşı layihə ola bilər. Amma hələ tələsməyək”.