[b]Cüneyt Çakır futbol tarixinə düşdü[/b]
02.05.2016 - 15:28
[b]Cüneyt Çakır futbol tarixinə düşdü[/b]

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Bavariya” ilə “Atletiko” arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah Münhen şəhərində baş tutacaq qarşılaşma türkiyəli Cüneyt Çakıra həvalə edilib.

 

Ona həmyerliləri Cem Satman və Tarık Onqun kömək edəcək. Dördüncü hakim funksiyasını Sərkan Ok yerinə yetirəcək. Görüşün əlavə hakim köməkçiləri isə Hüseyin Göçek və Barış Şimşək olacaq.

 

Çakır bununla Avropa futbol tarixində bir ilki gerçəkləşdirib. Belə ki, o, yarımfinalın ilk oyunları çərçivəsində “Mançester Siti” – “Real” (0:0) görüşünün də baş hakimi olub. Çakır Çempionlar Liqası və Avropa Liqası da daxil olmaqla, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə yarımfinal mərhələsinin həm ilk, həm də cavab görüşünə təyinat alan ilk hakim kimi tarixə düşüb.

 

Qeyd edək ki, Cüneyt Çakır Çempionlar Liqasının 2011/12 mövsümündə yarımfinal, 2014/15 mövsümündə isə final görüşünü idarə edib.

0