[b]Dadaşov yenə qol vurdu[/b]
05.04.2018 - 10:44
[b]Dadaşov yenə qol vurdu[/b]

Futbol üzrə Almaniya Şimal Şərq Regional Liqasında növbəti görüşlər keçirilib. Apasport.az saytının xəbərinə görə, millimizin keçmiş üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” səfərdə “Noyştrelits”lə qarşılaşıb.

 

XXIII turdan təxirə salınmış oyunda qonaqlar 3:0 hesablı qələbəyə sevinib. Berlin təmsilçisinin ikinci qoluna Dadaşov imza atıb. Bombardirlər siyahısında lider olan 27 yaşlı hücumçunun aktivində 23 qol var.

 

Qeyd edək ki, “Dinamo” 49 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.