Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında XXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Budissa Bautzen” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb.
“Dinamo” hazırda 40 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
Rüfətin kiçik qardaşı, millimizin digər üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti oyununu keçirib. Frankfurt təmsilçiləri Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXI tur çərçivəsində “Maynts”lı həmyaşıdları ilə qarşılaşıblar. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Renat bu oyunda 90 dəqiqə meydanda olub.
Rəqiblərindən 3 oyun az keçirən və 18 oyundan sonra aktivində 20 xal olan “Ayntraxt” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ