[b]Daha bir 1/4 finalçı müəyyənləşdi[/b]
28.02.2018 - 10:29
[b]Daha bir 1/4 finalçı müəyyənləşdi[/b]

İngiltərə kubokunda daha bir 1/4 finalçı bəlli olub. Apasport.az saytı xəbər verir ki, yarışda mübarizəni davam etdirmək hüququna “Suonsi” yiyələnib.

 

“Şeffild Venzdi”ni qəbul edən kollektiv 2:0 hesablı qələbə qazanıb. “Suonsi”nin qollarına Cordan Ayyu və Natan Dayer imza atıb.

 

“Suonsi”nin 1/4 finaldakı rəqibi “Tottenhem” – “Roçdeyl” cütünün qalibi olacaq.

 

Qeyd edək ki, “Tottenhem” – “Roçdeyl” matçı bu gün baş tutacaq.